İngilətərənin "The Guardian" qəzeti 2014-cü ilin ən yaxşı futbolçularını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Britaniyanın ən üfuzlu nəşri planetin 100 ən yaxşı oyunçusu sırasının ilk pilləsində Portuqaliya millisi və “Real”ın hücumçusu Kriştianu Ronaldonun adını göstərib.
İdman mütəxəssislərinin səslərinə əsasən, ikinci yerdə Lionel Messi (Argentina, "Barselona") qərarlaşıb. "The Guardian" "Qızıl top" mükafatının digər namizədi Manuel Noyeri isə (Almaniya, "Bavariya") üçüncü edib.
Qeyd edək ki, Aryen Robben (Hollandiya, "Bavariya") dördüncü, Tomas Müller (Almaniya, "Bavariya") beşinci, Luis Suares (Uruqvay, "Barselona") altıncı və Neymar (Braziliya, "Barselona") yeddinci olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı