İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının rekorduna bir az da yaxınlaşıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunun “Ludoqorets”lə Bolqarıstandakı oyununda vurulan qol onun bu yarışda 69-cu topu olub.
Bununla da portuqaliyalı “Barselona”nın argentinalı legioneri Lionel Messini arxada qoyub. Bu matçadək hər iki futbolçunun 68 qolu var idi. Artıq Ronaldo yarışın rekordçusu Rauldan 2 top geri qalır.
Portuqaliyalı həm də “Real”ın heyətində qitənin ən nüfuzlu klub turnirində 53-cü matçına çıxıb. Ümumilikdə 105-ci oyununu keçirən futbolçu indiki klubunda “Mançester Yunayted”dəki göstəricisini keçib. Futbolçu İngiltərə təmsilçisində 52 qarşılaşmaya çıxmışdı.