Ronaldo Messiyə çatdı
15.09.2016 - 10:20
Ronaldo Messiyə çatdı

İspaniya “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində ən çox qol vuran futbolçuların siyahısında irəliləyib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I turunun “Sportinq”lə matçında qol sevinci yaşayan hücumçu 50-ci dəfə fərqlənib.

 

Bununla da portuqaliyalı qrup mərhələsində 100-ü yarılayan cütlüyə şərik çıxıb. Onadək argentinalı Lionel Messi və Ruud van Nistelroy da bu qədər qol vurub.

 

Çempionlar Liqasının qrupunda ən çox qol vuran isə ispaniyalı Rauldu. Onun hesabında 53 qol var.