Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsində “Borussiya” (Dortmund) ilə ilk oyununda qol sevinci yaşayan portuqaliyalı mövsümdə 14-cü dəfə rəqiblərini məyus edib.
Bununla, Ronaldo bir mövsümdə vurulan qolların sayında yarışın rekorduna imza atıb. Bunadək yalnız Lionel Messi eyni mövsümdə 14 qol vurmuşdu. İspaniya “Barselona”sında çıxış edən argentinalı Çempionlar Liqasının 2011/12 mövsümündə belə məhsuldarlıq göstərmişdi.
Qeyd edək ki, 8 matçda 14 dəfə fərqlənən Ronaldoya mütləq rekordçu olmaq üçün “Borussiya” ilə cavab matçında qol sevinci yaşamaq kifayətdir.