Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo böyük ehtimalla gələn ilin yayında Braziliyada keçiriləcək Olimpiadada iştirak etməyəcək. Apasport.az saytı xəbər verir ki, Yay Olimpiya Oyunlarına qatılacaq Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ruy Jorje də buna inanmır.
Yerli mətbuata açıqlamasında Jorje bildirib ki, Ronaldonun Olimpiadada iştiraka razılıq verəcəyinə inanmır: “Avro-2016 ilə Yay Olimpiya Oyunları arasında məsafənin az olduğunu nəzərə alsaq, Ronaldonun Braziliyaya səfər edəcəyi inandırıcı görünmür. Bəli,I bir çox idmançı üçün Olimpiada ən vacib turnirdi. Ancaq futbolçular barədə bunu demək olmur. Hələ ki, Rio-de Janeyroya aparacağım heyəti müəyyənləşdirməmişəm. Amma Ronaldonun həmin heyətdə yer alacağına inanmıram”.
Qeyd edək ki, qaydalara əsasən, hər komanda Olimpiadaya yaşı 23-dən çox olan 3 futbolçu apara bilər.