Ronaldo Rusiyada asistent olacaq
10.07.2015 - 18:43
Ronaldo Rusiyada asistent olacaq

Futbol üzrə ikiqat dünya çempionu braziliyalı Ronaldo “Dünya Çempionatı – 2018”-in seçmə mərhələsinin püşkatmasında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytından xəbər verilib.

 

Bildirilir ki, “fenomen” püşkatma zamanı FİFA-nın baş katibi Jerom Valkeyə asistentlik edəcək.

 

Püşkatma mərasimi iyulun 25-də Rusiyanın  Sankt-Peterburq şəhərində Konstantinov sarayında keçiliəcək.

 

Qeyd edək ki, püşkatmada ancaq Asiya Futbol Konfederasiyası iştirak etməyəcək. Belə ki, artıq Asiya ölkələrində seçmə yarışlar başlayıb.

 

Mərasimin aparıcıları rusiyalı model Natalya Vodyanova və teleaparıcı Dmitri Şepelev olacaq.