Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun qalacağı otel nömrəsində qızdırıcılı güzgü quraşdırılacaq. Apasport.az saytının məlumatına görə, bu qurğu güzgünü tərləməkdən qoruyur. Bundan əlavə, Portuqaliya yığmasının lideri 4 cangüdənlə gəzəcək.
Portuqaliyalı futbolçular Kampinasdakı mehmanxanada yaşayacaqlar və artıq otelin bütün 116 nömrəsini əvvəlcədən tutublar. Futbolçular öz otaqlarına çiçək qoxusu verən xüsusi yastıqlar sifariş ediblər.
Mehmanxananın daxil olduğu holdinq şirkətinin prezidenti Armindu Dias portuqaliyalı futbolçuların və o cümlədən Ronaldonun o qədər də tələbkar olmadıqlarını deyib.