Ronaldo və Messinin kimlərə səs verdiyi açıqlanıb
13.01.2015 - 10:29
Ronaldo və Messinin kimlərə səs verdiyi açıqlanıb

“Qızıl top”un qalibi Kriştianu Ronaldo və onun əsas rəqiblərindən olan Lionel Messinin kimlərə səs verdiyi məlum olub. Apasport.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı qismində səs verən Ronaldo əsasən “Real”ın futbolçularının adlarını qeyd edib.

 

O, müvafiq olaraq Serxio Ramos, Qaret Beyl və Kərim Benzemanın adını ilk “üçlük”də göstərib. Lionel Messi isə Argentina millisindəki komanda yoldaşı Anxel di Mariyanı birinci sayıb. Leo “Barselona”nın futbolçuları Andres İnyesta və Xavyer Maskeranonu isə ikinci və üçüncü sıraya layiq bilib.

 

Qeyd edək ki, bir gün öncə İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə “Qızıl top”a layiq görülən Ronaldo 3-cü dəfə bu mükafata sahib çıxıb. “Qızıl top”u ən çox qazanan oyunçu isə 4 dəfə ilə Lionel Messidi.