Ronaldo və Zidan Hakan Şükürə dəvət göndərdi
05.02.2014 - 21:44
Ronaldo və Zidan Hakan Şükürə dəvət göndərdi

Birləşmiş Millətlər Təşkilətının İnkişaf Proqramı (BMT İP) tərəfindən təşkil olunan “Yoxsulluqla Mübarizə Matçı”nın bu il martın 4-də 11-cisi keçiriləcək.  Apasport.az saytının məlumatına görə, BMT İP-nın sülhməramlı səfirləri olan dünyaca məşhur sabiq futbolçular braziliyalı Ronaldo və fransalı Zinəddin Zidan bu matç üçün türk futbolunun canlı əfsanəsi Hakan Şükürü də dəvət edib.

 

Keçmiş hücumçu bu dəvətnaməni “Tvitter”dəki hesabından paylaşıb. Şükür bu xeyriyyə matçında iştirak edə bilmək imkanı əldə etdiyi üçün şad olduğunu deyib.

 

Qeyd edək ki, karyerasını başa vurmuş bir çox məşhur futbolçunun iştirak edəcəyi qarşılaşma İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək. Ulduz simalardan təşkil olunacaq bu komanda yerli “Younq Boys” klubu ilə üz-üzə gələcək.