Ronaldo Xames Rodriqeslə yola getmir?
16.09.2014 - 19:41
Ronaldo Xames Rodriqeslə yola getmir?

“Real”ın hücumçusu Kriştianu Ronaldo komandanın yeni transferi Xames Rodriqeslə yola getmir. Apaspot.az saytının məlumatına görə, “Kral klubu”nun bu günkü hazırlığında portuqaliyalı futbolçu Kolumbiya yığmasının üzvünü onunla birgə məşq etməsini istəməyib.

 

“El Mundo Deportivo” iddia edir ki, “kvadrat” oynanılan zaman Ronaldo Xameslə oynamaqdan imtina edib. Kriştianu Rodriqesi başqa qrupla çalışmağa göndərib.

 

Qeyd edək ki, “Real” bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda dogma meydanda “Bazel”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.