2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin arxada qalan 11 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını tərtib edib.
Ötən ayla müqayisədə bombardirlər cədvəldə dəyişikliklər baş verib. İspaniya “Real”ının heyətində avrokuboklarda 14, Portuqaliya millisində isə 5 qola sevinən Kriştianu Ronaldo siyahının ilk pilləsinə yüksəlib.
19 qolu olan Ronaldonu braziliyalı Neymar izləyir. Yığmada 15, İspaniya “Barselona”sında 3 dəfə fərqlənən cənubi amerikalı portuqaliyalıdan 1 top geri qalır.
Qana millisinin futbolçusu Asamoa Qyan isə zirvədəki mövqeyini əldən verib. Afrikalı da 18 qol vursa da, millidə az fərqləndiyi üçün 3-cüdü. Onun hesabında BƏƏ-nin “Əl-Ayn” klubunda vurulan 12 top və yığmadakı 6 qol var.
Qeyd edək ki, milli komanda və qitə kuboklarında üst-üstə ən azı 7 qol vuranlardan ibarət cədvəldə 50 oyunçu yer alıb. Bu siyahıya Azərbaycan komandalarının üzvləri düşməyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı