Ronaldo İspaniya çempionatında bir oyunu buraxacaq
04.04.2014 - 19:35
Ronaldo İspaniya çempionatında bir oyunu buraxacaq

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Kriştianu Ronaldonu İspaniya çempionatının növbəti turunda oynatmayacaq. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçunun Çempionlar Liqasında aldığı zədədən sonra ona “Real Sosyedad”la oyunda dincəlməyə imkan yaradılıb.

 

Ançelotti bildirib ki, Ronaldo Dortmund “Borussiya”sı ilə oyunda diz əzələsindən aldığı zədəni sağaltmalıdır. Eyni zamanda, kiçik fasilənin almanlara qarşı cavab oyununda portuqaliyalı hücumçunun xeyrinə olacağı da vurğulanıb: “Ronaldu dincələcək. O yorulub və kiçik problemi var. Biz hesab edirik ki, o, Madriddə qalmalı, işləməli və növbəti oyuna hazırlaşmalıdır. Belə olduqda hücumçumuz daha yaxşı bərpa oluna və “Borussiya”ya qarşı cavab oyununda daha yaxşı oynaya bilər”.