Rövnəq Abdullayev millinin Rusiyaya məğlubiyyətindən danışdı
05.09.2014 - 19:53
Rövnəq Abdullayev millinin Rusiyaya məğlubiyyətindən danışdı

 

“Forma satışının təşkili tək milli komandada yox, klublarda da həyata keçirilməlidi”. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Bu gün “Park Bulvar”da  AFFA-nın “Fan-şop”unun açılış mərasimi keçirilib. Tədbirdə assosiasiya rəhbəri Rövnəq Abdullayev də iştirak edib.

 

“Fan-şop”dan Azərbaycan futbolunun korifeylərindən olan Anatoli Banişevskinin formasını alan qurum rəhbəri bu cür tədbirlərin təşkilini vacib hesab edib: “Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla bir maddi köməkdi. Eyni zamanda futbolun reklamıdı. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm yığmamız, həm də AFFA üçün “fan-şop”un açılması mühüm hadisədi. Bakının müxtəlif yerlərində də “fan-şop”lar açılacaq”.

 

Abdullayev yığmamızın Moskvada Rusiya ilə keçirdiyi oyuna da toxunub: “Bu yoldaşlıq oyunu idi. Həmin oyuna komandamız əsas heyətlə çıxmamışdı. Rusiya millisi güclü rəqibdi. Futbolçuları Rusiya kimi güclü rəqiblə oyunda yoxlamaq Bolqarıstanla rəsmi oyunöncəsi yaxşı sınaq oldu. Futbolçularımız gücünü Bolqarıstanla oyunda göstərməlidi”.

 

Qeyd edək ki, “Ximki Arena”da baş tutan oyunda Rusiya yığması 4:0 hesabı ilə qələbə qazanıb.