[b]Rövnəq Abdullayev UEFA prezidentliyinə seçkilər üçün Avstriyaya yollandı[/b]
24.03.2015 - 12:17
Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın növbəti Konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, XXXIX Konqresin gündəliyindəki əsas məsələlər UEFA prezidenti vəzifəsinə, həmçinin UEFA-nın və FIFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifələrinə seçkilərdi.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da Konqresdə iştirak edəcəklər.
0
0