Marko Roys “Barselona”nın transfer təklifini cavablandırdı
09.07.2015 - 12:14
Marko Roys “Barselona”nın transfer təklifini cavablandırdı

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeunun istəyi baş tutmayacaq. Apasport.az saytı xəbər verir ki, onun komandada görmək istədiyi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys İspaniyaya köçməyə razılıq verməyib.

 

İyulun 18-də “Barselona”da keçiriləcək seçkidə prezidentliyə namizədlərdən olan Bartomeunun ən böyük vədi məhz Roysu transfer etmək idi. Lakin Almaniya millisinin üzvü Kataloniya klubunda yarımmüdafiəçi bolluğunun olduğunu nəzərə alıb, ora keçməkdən imtina edib. Roys “Barsa”da müntəzəm oynayacağına əmin olmadığı üçün “Borussiya”da qalmağı qərara alıb. İndi Bartomeu başqa variant üzərində düşünməlidi.

 

Qeyd edək ki, Marko Roys 2012-ci ildən Dortmund “Borussiya”sının formasını geyinir.