Roys nə vaxt sıraya dönəcək?
15.12.2015 - 18:38
Dortmund “Borussiya”sının aparıcı futbolçularından olan Marko Roysun nə vaxt sıraya dönəcəyi məlum olub. Apasport.az saytı xəbər verir ki, “Ayntraxt”la görüşdə zədələnən 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ili vaxtından əvvəl başa vurub.
Belə ki, Roys qış fasiləsindən sonra məşqlərə başlayacaq. Bu isə o deməkdi ki, təcrübəli oyunçu komandasının bu il keçirəcəyi son 2 görüşü kənardan seyr etməli olacaq.
Qeyd edək ki, 2012-ci ildən Dortmund klubunun formasını geyinən Roys bu vaxta qədər 141 oyunda 66 qola imza atıb.
0
0