“Manheym”la oyundan cəmi 1 gün əvvəl komandanın düşərgəsinə gəlmişdim. Bu, mənə komanda ilə tanış olmaq üçün kifayət etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov deyib.
Almaniyanın Regionalliqasında çıxış edən “Saarbrükken”ə keçən 22 yaşlı hücumçu yeni klubuna yığmamızın düşərgəsindən yollanıb. Dadaşov Almaniya mətbuatına açıqlamasında yeni komandası haqda fikirlərini açıqlayıb: “Azərbaycan millisinin düşərgəsindən qayıtdığım üçün şadam. Çünki artıq 100 faiz kluba köklənə biləcəm. “Saarbrükken” yaxşı futbol oynayır. Həm də komandanın oyun üslubu mənə uyğun gəlir”.
Rüfət millimizin son iki oyunu, baş məşqçi Berti Foqts və Bakı haqda da qsa danışıb: “Rusiya ilə oyunda baş məşqçi Berti Foqts eksperimentlər etdi. Bolqarıstana məğlubiyyət isə hamını narazı saldı. Foqts təxminən 1 il əvvəl məni yığmaya çağırıb. Onun Azərbaycan futbolunda gördüyü işlər ağlasığmazdır. Bakı çox gözəl şəhərdir”.