Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı
08.03.2015 - 15:45
Almaniyanın Regional Liqasında XXII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Saarbrükken” evdə "Baunatal"la üz-üzə gəlib.
Qarşılşamda təmsilçimizin komandası rəqibini darmadağın edib. Oyun 4:0 hesabı ilə başa çatıb. Bu görüşdə Rüfət matçın 73-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Saarbrükken” hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.
0
0