Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXVI turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə,
“gənc iblislər” doğma azarkeşləri önündə “Hoffenhaym”ın II komandasını qəbul edib.
Görüş “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Maraqlıdır ki, Rüfət uzun müddətdən sonra start heyətində meydana çıxıb. Dadaşov 77-ci dəqiqədə Yan-Lukas Dorova məhsuldar ötürmə verib. Məhz həmin dəqiqə futbolçumuz yarımmüdafiəçi Sebastian Lindnerlə əvəzlənib.
Qeyd edək ki, “Kayzerslautern”in II komandası bu nəticədən sonra əvvəlki – IV pillədəki yerinə qayıdıb. Rüfət Dadaşovun komandasının aktivində hazırda 44 xal var.
Rüfət Dadaşov məhsuldar ötürmə verdi, əvəzləndi
31.03.2014 - 14:36
0
0