Rüfət Dadaşov üçün 80 dəqiqəlik oyun
25.08.2014 - 15:21
Rüfət Dadaşov üçün 80 dəqiqəlik oyun

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Tsvaybrükken” klubu Almaniya Regionalliqasının “Cənub-Qərb” zonasında V turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Tsvaybrükken təmsilçisi doğma azarkeşləri önündə “Valdhof”u qəbul edib.

 

Bu matç 1:1 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Dadaşov 80-ci dəqiqədə əvəzlənib. Onu xorvatiyalı yarımmüdafiəçi Toni Relyiç əvəzləyib.

 

Qeyd edək ki, “Tsvaybrükken” hazırda turnir cədvəlində 5 xalla XIII pillədədir.