Rumın futbolçu rəsmən “Trabzonspor”da
03.02.2014 - 22:38
Türkiyə “Trabzonspor”u “Styaua”nın futbolçusu Aleksandru Burçanunu heyətinə qatıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rumıniya təmsilçisi və 28 yaşlı yarımmüdafiəçi ilə hərtərəfli razılığa gələn “bordo-mavililər” yaxın günlərdə Burçanu ilə 3.5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Rumıniya millisinin də üzvü olan təcrübəli futbolçu 2011-ci ildə ölkənin digər klubu “Timişoara”dan “Styaua”na keçmişdi.
0
0