Rumıniyadan Avropa çempionatı iddiası
08.02.2014 - 14:33
Rumıniyadan Avropa çempionatı iddiası

2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyən ilk şəhər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rumıniya 4 il sonra baş tutacaq yarışı ölkənin paytaxtı Buxarestdə təşkil etmək istəyinə düşüb.

 

Azərbaycan millisinin artıq daimi iştirakçısına çevrildiyi final mərhələsinə iddia ilə bağlı UEFA-ya da müraciət edilib. Lakin rumıniyalılar həmişə yanvar-fevrala təsadüf edən yarışı ilin sonlarında – noyabrda keçirmək fikrindədir.

 

Qeyd edək ki, hazırda Belçikada ən güclünü müəyyənləşdirən Avropa yığmaları 2016-cı ildə Serbiyada bir araya gələcək.