Rumıniyalı futbolçu “Simurq”dan ayrılmasının səbəbini açıqladı
30.05.2014 - 12:35
Rumıniyalı futbolçu “Simurq”dan ayrılmasının səbəbini açıqladı

“Azərbaycanda oynadığım müddətdə pulla bağlı heç bir problem görmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Raul Kostin deyib.

 

2013/14 mövsümündə əyalət təmsilçisinin şərəfini qoruyan rumıniyalı legioner başa çatan müqaviləsini uzatmaq istəməyib.

 

Kostin bunu vətəndən kənarda oynamağın çətinliyi ilə izah edib: “Orda yaşamaq mənim üçün çətin idi. Çünki Zaqatala paytaxt Bakıdan çox uzaqda idi. Həm də bütün ailəmi özümlə aparmadığımdan mənə çətin idi. Bu üzdən “Simurq”u tərk etməyə qərar verdim”.

 

Raul gələcək karyerası ilə bağlı da danışıb: “Rumıniya klublarında oynamağa üstünlük verirəm. Çox istəyərdim ki, “Rapid”də oynayım. Vaxtilə bu komanda ilə müqavilə imzalayanda çox xoşbəxt idim. Lakin mənim böyük ailəm var. Aşağı dəstədə çıxış edən “Rapid” məni qane edəcək pulu verə bilməz. Amma nə vaxtsa ora qayıdacam”.

 

Qeyd edək ki, Kostin Topaz Premyer Liqasında 30 oyunda 3 qol vurub.