Bu gün Rumıniyanın “Otselul” klubunun tarixində ilk dəfə ölkə çempionu olduğu gündür. Apasport.az saytının məlumatına görə, 3 il əvvəl bu tarixdə Qalats təmsilçisi Rumıniya çempionu olmaqla hamını təəccübləndirə bilmişdi.
Bu komanda ilə çempion olanlar arasında hazırda “Bakı”ya məxsus olan rumıniyalı hücumçu Marius Pena da var. Rumiya mətbuatı isə 3 il əvvəl “Otselul”la çempion olanların hazırda harda olmasına dair yazı hazırlayıb. Onlar yalnız Qabriel Cyurcyu, Sergiu Kostin, Kristian Sırqi, Yoan Filip və Silviu İlyenin Qalats klubunda karyerasını davam etdirdiyini yazıb. Penanın isə hazırda “Bakı” ilə Azərbaycan çempionatını V pillədə tamamladığı qeyd olunub.
Qeyd edək ki, “Otselul” 2011-ci ilin mayın 15-də “Timişoara” üzərində 2:1 hesablı qələbə qazandıqdan sonra çempion olacağını rəsmiləşdirmişdi.
Rumınlar “Bakı”nın oyunçusunu unutmur
15.05.2014 - 17:48
0
0