Runi haqqında dolaşan xəbərlərə son qoydu
23.02.2014 - 12:56
Runi haqqında dolaşan xəbərlərə son qoydu

Avropanın aparıcı klublarının, xüsusən də “Çelsi”nin heyətinə qatmaq istədiyi Ueyn Runi haqqında dolaşan şayiələrə son qoyub. Apasport.az saytının xəbərinə görə, 2004-cü ildən “qırmızı şeytanlar”ın formasını geyinən hücumçu “Mançester Yunayted”lə müqaviləsini uzatmağa qərar verib.

 

Yeni müqavilə 2019-cu ilə qədər nəzərdə tutulub. Əgər anlaşma baş tutsa, “mankunianlar”ın heyətində keçirdiyi 430 oyuna 208 qol vuran Runi əfsanəvi Bobbi Çarltonun rekordunu qırmaq imkanı qazanacaq. İngiltərə yığmasının sabiq hücumçusu mançesterlilərin tərkibində 249 dəfə fərqlənib. Bu, “qırmızı şeytanlar”ın tarixində rekord göstəricidi.