“Mançester Yunayted” klubunun və İngiltərə yığmasının hücumçusu Ueyn Runi karyerasını Asiyada davam etdirə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu son vaxtlar bir neçə həmkarının yollandığı Çindən təklif alıb.
Belə ki, “Şanxay Şenxua” klubu Runiyə olduqca sərfəli təklif göndərib. Çin təmsilçisi təcrübəli forvarda illik 27 milyon funt-sterlinq məbləğində məvacib verməyə hazırdı.
Runi bu təklifi qəbul etsə, “Şanxay Şenxua”da həftədə 500 min funt-sterlinq maaş alacaq.
Qeyd edək ki, “Everton”un yetirməsi olan Runi 2004-cü ildən “Mançester Yunayted”in formasını geyinir. O, “mankunianlar”ın heyətində bu vaxta qədər 511 oyunda 244 qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”