Rusiya millisinin sabiq hucumçusu Oleq Salenko maralı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, veteran futbolçu ölkə futbol ittifaqının atıq Fabio Kapello ilə işləmək istəməməsini bildirib.
1994-cü il dünya çempionatında 6 qolla bombardir olan 44 yaşlı mütəxəssis iddia edir ki, rəhbərliyin italiyalı çalışdırıcıya əmək haqqının verməməsinin səbəbi onu göndərməkdir: “Burada nəsə şərh etmək çətindir. Çünki bütün vəziyyətləri bilmək lazımdır. Rəhbərlik istəyir ki, Kapello müqaviləni pozsun və ona kompensasiya ödəməsinlər. Görünür, artıq dünya çempionatında uğursuz çıxışdan sonra məşqçini əvəz etməyə qərar veriblər və buna görə də, onlar belə hərəkət edirlər. Bir çox klublar və federasiyalar belə edir. Mən artıq dünya təcrübəsində çox belə halların şahidi olmuşam”.
Qeyd edək ki, Fabio Kapello 3 aydır ki Rusiya Futbol İttifaqından əmək haqqını ala bilmir.