Rusiya klubunun futbolçusu ölkəsində ən yaxşı seçildi
03.01.2015 - 01:45
Serbiyada ölkənin əsas idman nəşri olan “Zurnal Sportski” ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, səsvermədə əsasən, 2014-cü il ərzində öz klubunun heyətində ən çox mükafatlar qazanan oyunçular nəzərdə tutulub.
İlin ən yaxşısı isə Rusiya MOİK-inin yarımmüdafiəçisi Zoran Toşiç olub. İkinci yerdə “Mançester Siti”nin müdafiəçisi Aleksandar Kolarov qərarlaşıb.
“Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç və müdafiəçisi Branislav İvanoviç isə müvafiq olaraq növbəti yerləri qazanıblar.
0
0