Futzal üzrə dünya çempionatnın seçmə oyunlarında Türkiyə ilə eyni qrupda yer alan Rusiya millisi qrup oyunlarının keçiriləcəyi İzmirə getməyi qəbul edib. Apasport.az saytının “Milliyet”ə istinadən məlumatına görə, şimal qonşularımız bunu bir şərtlə qəbul ediblər.
Daha əvvəl UEFA-ya müraciət edən və oyunların yerini dəyişdirməyə çalışan rusların bu istəkləri qəbul edilməyincə başqa yolu qalmayan şimallılar Türkiyə tərəfi təhlükəsizlik üçün tam təminat verməsinə baxmayaraq, özləri ilə xüsusi təhlükəsizlik əməkdaşları gətirmək şərti irəli sürüblər.
Bu barədə Rusiya Futzal Federasiyasının prezidenti Emil Əliyev açıqlama verib: “Milli komanda ilə Türkiyəyə getməyə qərar verdik. Ancaq həm komandamızı, həm də rəsmiləri qorumaq üçün əlavə təhlükəsizlik tədbirləri görəcəyik. Artıq bu barədə qarşı tərəf də məlumatlandırılıb”.
Qeyd edək ki, Rusiya ilə Türkiyənin eyni qrupda mübarizə aparacağı seçmə oyunlar 10-13 dekabr aralığında İzmirdə keçiriləcək.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı