Rusiya yığmamız önünə 2 məşqlə çıxacaq
31.08.2014 - 23:13
Rusiya yığmamız önünə 2 məşqlə çıxacaq

Sentyabrın 3-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Rusiya yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fabio Kapellonun yetirmələri təlim-məşq toplanışına sabah start verəcək.

 

Hazırlığın ilk günü Bakı vaxtı ilə saat 18:30-da başlayacaq məşq Novoqorskdakı “Dinamo” stadionunda baş tutacaq. Şimallılar sentyabrın 2-də də cəmi 1 məşq edəcək. Bu hazırlıq saat 12:00-da start götürəcək. Hər iki məşq mrdia üçün açıq olacaq və hazırlıqların sonunda 2 futbolçu mikst zonada jurnalistlərin suallarını cavablandıracaq. Saat 14:00-da “Ximki Arena”da baş məşqçi Fabio Kapello və kapitanın iştirakı ilə mətbuat konfransı baş tutacaq.

 

Qeyd edək ki, sentyabrın 3-də keçiriləcək Rusiya – Azərbaycan oyunu saat 20:00-da başlayacaq.