Rusiya yığması Azərbaycanla Lixtenşteyn arasında fərq qoydu
20.08.2014 - 14:35
Rusiya yığması Azərbaycanla Lixtenşteyn arasında fərq qoydu

Sentyabrın 3-də millimizlə qarşılaşacaq Rusiya yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız gələn ay keçirəcəyi oyunlara fərqli məkanda hazırlaşacaqlar.

 

Belə ki, Fabio Kapellonun yetirmələri millimizlə görüş üçün Novoqorskdakı təlim-məşq bazasına yığışacaq. Oyunun hazırlıqları da orada baş tutacaq.

 

AVRO-2016-nın Lixtenşteynlə sentyabrın 8-də baş tutacaq oyunu öncəsi isə məşqlər Eduard Streltsov adına “Torpedo” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, rusiyalılar hər iki oyunu eyni stadionda – “Ximki Arena”da keçirməyə qərar verib.