Rusiyalı futbolçu İspaniya klubunda ən yaxşı seçildi
10.02.2015 - 21:03
“Vilyarreal” yanvar ayının ən yaxşı futbolçusunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu, Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışevdi.
24 yaşlı oyunçu ikinci dəfə (noyabr) ispaniya klubunda rəqiblərini qabaqlayaraq, birinci olub. Çerışevin adı daha əvvəl yanvar ayının nəticəsinə görə də La Liqanın simvolik komandasına daxil edilib.
Qeyd edək ki, Denis yanvarda İspaniyanın çempionatında üç matçda forma geyinib və 1 qola imza atıb.
0
0