Rusiyalı menecer Azərbaycan çempionatını üçüncü dərəcəli hesab edir - FOTO
15.01.2016 - 10:16
Rusiyalı menecer Azərbaycan çempionatını üçüncü dərəcəli hesab edir - FOTO

“Qış “transfer pəncərəsi”ndə Avropada ukraynalı futbolçulara o qədər də tələbat yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı menecer Dmitri Selyuk deyib.

 

Futbol fəaliyyətinin böyük hissəsi Ukrayna ilə bağlı olan mütəxəssis müsahibə verib. Ukrayna çempionatında enişlə bağlı narazılıqlarını açıqlayan Selyuk buradan olan futbolçuların ən yaxşı halda Azərbaycan və Qazaxıstanda maraq dairəsinə düşdüyünü, bu çempionatları isə 3-cü dərəcəli olduğunu bildirib: “Təbii ki, əgər Azərbaycan və Qazaxıstanı nəzərə almasaq, Ukraynadan olan futbolçuların üçüncü dərəcəli çempionatlara getdiyi bu günü də gördük. Amma özümüzdə legioner limitini ləğv etmirlər. Belə olsaydı, əcnəbilər hesabına çempionatın səviyyəsini bir az qaldırılardıq”.

 

Qeyd edək ki, “Qəbələ”nın sabiq baş məşqçisi Yuri Syominin də meneceri olan Selyuk onun və bəzi legionerlərin ölkəmizə gəlməsində də vasitəçi kimi iştirak edib.