Rusiyanın ən köklü komandasının ofisi möhürləndi
25.12.2014 - 21:51
Rusiyanın ən köklü komandasının ofisi möhürləndi

Rusiyanın “Sibir” klubunun ofisi bağlanıb. Apasport.az saytının məlumatına görə, buna səbəb I divizion təmsilçinin icarə haqqı üzrə borcu olmasıdı.

 

Ölkənin ən köklü komandasının 12500 nəfərlik "Spartak" stadionu möhürlənib. Bundan başqa, klubun soyunma otaqları, “Sibir-2” və "Sibir LFK”nin gənc komandası bağlanıb.

 

Qeyd edək ki, Rusiya I divizionunda çıxış edən “Sibir” 1934-də yaradılıb. Koamda 21 oyundan sonra 27 xal toplayıb və hazırda turnir cədvəlinin 11-ci pilləsində yer alır.