Ruslan Abışovun komandasından böyük hesablı qələbə
06.02.2014 - 09:20
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz İspaniyada keçirilən “Diamonds Cup” turnirinin ilk turunda meydana çıxmayıb.
Abışov Bolqarıstanın güclülər dəstəsinin debütantı “Lyubimets”lə görüşdə iştirak etməli olsa da, ayağındakı ağrılar buna imkan verməyib. “Rubin”in 3:0 hesabı ilə qalib gəldiyi matçın ikinci yarısında oynamalı olan “11-lik”də yer alan arxa xətt futbolçusu ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” turnirdəki növbəti oyununu fevralın 8-də ÇFR-a qarşı keçirəcək.

0
0