Ruslan Abışov 45 dəqiqə oynadı
22.01.2014 - 17:46
Ruslan Abışov 45 dəqiqə oynadı

Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov Rusiyanın “Rubin” klubunun heyətində növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, müdafiəçi komandasının Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında keçirdiyi 2-ci yoxlama matçının iştirakçısı olub.

 

Bolqarıstan çempionu “Ludoqorets”lə matçın fasiləsindən sonra meydana çıxan Abışov ikinci yarıda arxa xətdə yer alıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, “Rubin” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda yerli “Ərciyəsspor”a 2:0 hesabı ilə qalib gəlmişdi. Ruslan həmin matça start heyətində başlayaraq, 65-ci dəqiqədə əvəzlənmişdi.