Ruslan Abışov: Pis günlər arxada qalacaq
28.05.2014 - 10:32
Ruslan Abışov: Pis günlər arxada qalacaq

“Uzun yol gəlmişdik. Oyuna hazırlaşmışdıq. Ən azı məğlub olmamağa çalışırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

 

Yığmamızın müdafiəçisi ABŞ-la San-Fransiskoda keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Ruslan 0:2 heasblı məğlubiyyəti rəqibin gücü ilə izah edib: “Lakin oyun göstərdi ki, rəqib bizdən güclüdür. Onlar evdə oynayırdı, təzyiq var idi. Lakin bu matç hazırlıq oyunudur. Baş məşqçimiz bəzi oyunçuları sınadı. Əsas seçmə mərhələdir. Vaxtımız var. İnanıram ki, daha yaxşı hazırlaşacağıq. Növbəti seçmə mərhələdə daha uğurlu çıxış etmək istəyirik. Baş məşqçimiz əvvəldən demişdi ki, bəzi oyunçular bir hissə oynayacaq. Bundan sonra klubumda daha yaxşı hazırlaşıb milliyə gələcəm. Fiziki cəhətdən çətinliyim olmasa da, topla davranışımda oyun praktikasının azlığından geriləmə hiss olunurdu. Lakin növbəti oyunlarda daha yaxı hazırlaşacam. Pis günlər arxada qalacaq”.