Ruslan Abışov millimizin sabiq məşqçisi ilə görüşəcək
17.01.2014 - 17:05
Ruslan Abışov millimizin sabiq məşqçisi ilə görüşəcək
Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu bir gündə 2 yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi yanvarın 19-da əvvəlcə Türkiyə Superliqasında mübarizə aparan “Kayserispor”la üz-üzə gələcək. Ardınca isə, yığmamızın sabiq məşqçisi Olaf Yansenin çalışdırdığı Drezden “Dinamo”su ilə qarşılaşacaq.

Qeyd edək ki, “Rubin”nın hazırlıq planında daha 2 yoxlama matçı nəzərdə tutulub. Kazan təmsilçisi yanvarın 22-də Bolqarıstanın “Ludoqores”, 25-də isə Almaniyanın “Paderborn” klubları ilə qüvvəsini sınayacaq.