Ruslan Abışovun Bolqarıstan klubuna qarşı oyununun vaxtı bilindi
04.02.2014 - 18:50
Ruslan Abışovun Bolqarıstan klubuna qarşı oyununun vaxtı bilindi

Yanvarın 29-dan İspaniyada toplanışda olan millimizin üzvü Ruslan Abışovun da çıxış etdiyi “Rubin”in yoxlama görüşlərinin vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi sabah Pireney yarımadasında ilk oyununu keçirəcək.

Rəqib isə Bolqarıstan elitasının debütantı “Lyubimets 2007” klubu olacaq. Bu görüş saat 23:00-da başlayacaq. “Rubin” fevralın 8-də Rumıniyanın ÇFR, 11-də isə Ukraynanın “Dnepr” klubu ilə gücünü sınayacaq.

Qeyd edək ki, “Rubin” İspaniyanın Estepona ərazisində məskunlaşıb. Yeri gəlmişkən, “Bakı” ötən ay bəzi yoxlama oyunlarını, eləcə ispaniyalı Xuande Ramosun çalışdırdığı “Dnepr”lə qolsuz başa çatan görüşü məhz burda keçirmişdi.