Ruslan Abışovun komandası Moskvadan xalla qayıtdı
24.03.2014 - 10:47
Ruslan Abışovun komandası Moskvadan xalla qayıtdı

Millimizin futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” Rusiya Premyer-liqasında XXII turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi Moskvada “Dinamo”nun qonağı olub.

Görüşdə qol vurulmayıb. Ruslan bu matçda da oyunun protokoluna daxil edilən 22 futbolçu arasında olmayıb.

Qeyd edək ki, bu nəticədən sonra “Rubin” xalını 28-ə yüksəldib. Ancaq Tatarıstan təmsilçisi yenə IX pillədədir.

0