Sabah Avropa Liqasında fasiləyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 2014-cü ildə mübarizəni davam etdirəcək klublar 1/16 final mərhələsinin ilk oyunlarına çıxacaqlar.
Qitənin ikinci dərəcəli klub turnirin bu mərhələsi Rusiyada start götürəcək. Heç də yaxşı günlərini yaşamayan “Anji” Belçika təmsilçisi “Genk”lə üz-üzə gələcək. Ümumilikdə isə sabahkı görüşlər 3 müxtəlif saatda başlayacaq.
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiya “Rubin”i İspaniyada “Betis”in qonağı olacaq. Lakin çətin ki, müdafiəçimiz yığmamızın sabiq hücumçusu Vəli Qasımovun vaxtilə şərəfini qoruduğu Primera klubuna qarşı oynasın. Zədə səbəbindən son yoxlama oyunlarında meydana çıxmayan Abışov belə vacib qarşılaşmadan da kənar qalacaq.
Azərbaycanda da azarkeşləri olan Türkiyə “Trabzonspor”u isə adlı-sanlı “Yuventus”un qonağı olacaq. Çempionlar Liqasının qrupunda digər türk klubu “Qalatasaray”a uduzan italiyalılar qisasını trabzonlulardan almağa çalışacaq.
Günün digər oyunlarından “Porto”nun “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Ayntraxt”la görüşü də diqqət çəkir. “Suonsi”nin “Napoli”, Ukrayna “Dinamo”sunun “Valensiya” sınağı da az maraq doğurmur.
Avropa Liqası
1/16 final
21:00. “Anji” (Rusiya) - “Genk” (Belçika)
22:00. “Dinamo” (Ukrayna) - “Valensiya” (İspaniya)
22:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
22:00.“Dnepr” (Ukrayna) - “Tottenhem” (İngiltərə)
22:00. “Yuventus” (İtaliya) - “Trabzonspor” (Türkiyə)
22:00. “Çernomorets” (Ukrayna) - “Lion” (Fransa)
22:00. “Esbyerq” (Danimarka) - “Fiorentina” (İtaliya)
22:00. “Slovan” (Çexiya) - “Alkmaar” (Hollandiya)
00:05. “Betis” (İspaniya) - “Rubin” (Rusiya)
00:05.“Suonsi” (Uels) - “Napoli” (İtaliya)
00:05. “Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya)
00:05. “Viktoriya” (Çexiya) - “Şaxtyor” (Ukrayna)
00:05. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
00:05. “Ayaks” (Hollandiya) - “Zalsburq” (Avstriya)
00:05. “Makkabi” (T, İsrail) - “Bazel” (İsveçrə)
00:05. “Porto” (Portuqaliya) - “Ayntraxt” (Almaniya)