Ruslan Abışovun komandasında yeni müqavilə
02.01.2015 - 20:02
Millimizin üzvü Ruslan Abışovun komandası “Rubin” hücumçusu İqor Portnyaqinlə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu haqda Kazan klubunun baş direktoru Ayrat Qarayev bildirib.
Lakin Portnyaqinlə müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, 25 yaşlı futbolçu Rusiya Premyer Liqasının cari mövsümündə 14 oyunda meydana çıxıb və 6 qola imza atıb.
0
0