Ruslan Abışovun komandasından şübhəli nəticələr
29.01.2014 - 18:38
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu danışılmış oyunlarda ittiham olunur. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisinin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında keçirdiyi 2 yoxlama matçının nəticəsi şübhəli hesab edilir.
Belə ki, Almaniya mətbuatının iddiasına əsasən UEFA-ya 2 matçla bağlı araşdırmalara başlamaq üçün müraciət daxil olub. Məlumatda bildirilir ki, Almaniyanın aşağı dəstə klubları “Dinamo” (Drezden) ilə “Paderborn”un “Rubin”lə oyunlarda qol vuracağına böyük məbləğdə pul qoyuluşu edilib. Məhz bu amil də şübhələrə əsas yaradıb.
Qeyd edək ki, “Dinamo”ya 0:3 hesabı ilə uduzan “Rubin” həmin görüşdə baxışda olanları, əvəzediciləri sınaqdan keçirmişdi. “Paderborn”la qarşılaşmada 1:2 hesablı məğlubiyyətdə isə Ruslan da iştirak edib. Fasilədən sonra meydana çıxan həmyerlimiz almaniyalıların ikinci yarıda 2 qol vuraraq əzmkar qələbə qazanmasının şahidi olub.

0
0