Ruslan Əmircanov seçimini etdi
19.05.2014 - 15:51
Ruslan Əmircanov seçimini etdi

“İnter”lə yeni müqavilə bağlamaq istəməyən Ruslan Əmircanov karyerasını “Qəbələ”də davam etdirməyə yaxındır. Bunu apasport.az saytına klubun baş meneceri Zaur Əzizov bildirib.

 

Onun sözlərinə görə, Əmircanovla danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Ancaq futbolçu ilə müqavilə mayın 22-dən sonra bağlanılacaq.