Ruslan Əmircanov daha 1 ay gözləyəcək
11.12.2014 - 09:04
Ruslan Əmircanov daha 1 ay gözləyəcək

Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub.

 

Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.


Qeyd edək ki, Azərbaycan millisinin heyətində AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.