Ruslan Fomin "Qəbələ"yə keçmə səbəbini açıqladı
17.01.2015 - 10:45
Ruslan Fomin "Qəbələ"yə keçmə səbəbini açıqladı

“Çernomorets”i artıq tərk etməyin vaxtı idi. Odessa klubunda keçirdiyim günləri ömrüm boyu yadımdan çıxarmaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Ruslan Fomin deyib.

 

Ukrayna mətbuatına açıqlama verən 29 yaşlı hücumçu “Qəbələ”yə keçmə səbəbini də açıqlayıb: “Çernomorets” dönəmi karyeramın yaddaqalan anlarından biri oldu. Odessa çox gözəl şəhərdi. “Çernomorets” azarkeşləri isə əbədi mənim ürəyimdə qalacaq. Bu klub mənə yeni nəfəs verdi, futbola həvəsimi artırdı. Amma əksər futbolçular kimi, mən də legioner həyatı yaşamaq istəyirəm. “Çernomorets”i iddiası olan bir kluba dəyişdiyim üçün sevinirəm”.

 

Qeyd edək ki, Ruslan Fomin “Qəbələ” ilə dünən 6 aylıq müqavilə bağlayıb.