Argentina yığmasının baş məşqçisi Alexandro Sabelya Hollandiyaya qarşı yarımfinal matçı barədə danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis xoşbəxt olduqlarını bildirib: “Oyun çox çətin və gərgin oldu. Amma dünya çempionatının bütün oyunları belədir. İndi biz finala çıxmışıq. Biz öz keyfiyyətlərimizi bilirik və əminik ki, dünya çempionatında qalib gələ bilərik. Bunun üçün hər şeyimizi qurban edəcəyik. Özümüzü ələ almalı, işləməli və bütün qüvvəmizi ortaya qoymalıyıq”.
Xatırladaq ki, Hollandiya və Argentina milliləri arasında keçən yarımfinal matçı Cənubi Amerika komandasının penaltilər seriyasında 4:2 hesablı qələbəsi ilə başa çatıb.