Sabiq “Mançester Siti”li türk klubu ilə müqavilə bağladı - FOTO
21.01.2014 - 04:21
Türkiyə təmsilçisi “Akhisar BS” sabiq “Mançester Siti”li futbolçu Vato Kuateni heyətinə qatıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, yaxın günlərdə yoxlanış üçün komandaya alınan 18 yaşlı yarımmüdafiəçi çıxışı ilə məşqçilər korpusunu razı sala bilib.
Belə ki, Superliqa təmsilçisi Kamerun əsilli portuqaliyalı futbolçu ilə 3.5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Kuate İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti”nin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edib.
0
0