Sabiq “Qalatasaray”lı futbolçu 32 yaşında karyerasını bitirdi
03.03.2015 - 13:55
Sabiq “Qalatasaray”lı futbolçu 32 yaşında karyerasını bitirdi

Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Zvyezdan Misimoviç gözlənilməz addım atıb. Apasport.az saytının məlumatına görə, tanınmış yarımmüdafiəçi 32 yaşında karyerasını bitirmək qərarına gəlib.

 

Karyerası ərzində “Bavariya”, “Volfsburq” və “Qalatasaray” kimi klubların formasını geyinmiş Misimoviçin son klubu Çin təmsilçisi “Quiju Renhe” olub. Futbolçu bu qərarını belə əsaslandırıb: “Bir neçə təklif almışam, ancaq belə komandalar məni maraqlandırmır. Artıq mənim üçün ən önəmlisi ailəmdi”.

 

Qeyd edək ki, Zvyezdan Misimoviç Bosniya və Herseqovina millisinin heyətində keçirdiyi 83 oyunda 25 qol vurub.