Yanvarın 29-da “Qarabağ”la Antalyada yoxlama oyunu keçirəcək Rusiyanın “Mordoviya” klubu sevindirici xəbər alıb. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçularından olan Lorentso Ebesilio bu gün klubun Türkiyədəki düşərgəsinə qoşulacaq.
Uzun müddətdi zədədən əziyyət çəkən sabiq “Qəbələ”li öncə fərdi məşqlərə başlayacaq. Yanvarın sonlarından etibarən isə Ebesilio komanda ilə birgə məşqlərə qatılacaq. Yanvarın 23-ü və 26-dakı yoxlama oyunlarını buraxacaq holland yarımmüdafiəçinin məhz “Qarabağ”la görüşdə meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Syominin komandası hazırlığın ikinci mərhələsini də Türkiyədə keçirəcək.